Kəmaləddin Heydərov Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəmaləddin Heydərov Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

16:25 - 15 / 12 / 2015
Kəmaləddin Heydərov Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşüb.

1news.az-ın məlumatına görə, nazir K.Heydərov Fransanın ölkəmizdəki diplomatik nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə xanım O.Buşezi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

O, Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə səfirə ətraflı məlumat verib.

Səmimi görüşə görə təşəkkürünü bildirən xanım O.Buşez bildirib ki, Fransanı ölkəmizdə təmsil etməkdən qürur hissi duyduğunu, diplomatik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi ilə Fransanın uyğun strukturları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
603

Son xəbərlər

Bütün xəbərlər