Saakaşvili Avakovu silahlı qruplaşmaları maliyyələşdirməkdə günahlandırıb | 1news.az | Xəbərlər
Dünya

Saakaşvili Avakovu silahlı qruplaşmaları maliyyələşdirməkdə günahlandırıb

21:10 - 15 / 12 / 2015
Saakaşvili Avakovu silahlı qruplaşmaları maliyyələşdirməkdə günahlandırıb

Odessa vilayətinin qubernatoru Ukrayna daxili işlər naziri Arsen Avakovu qeyri-rəsmi silahlı qruplara nəzarət etməkdə və korrupsiyadan əldə edilən gəlirlər vasitəsilə onları maliyyələşdirməkdə günahlandırıb.

“O, biədəb sözlərdən başqa hamının yanında mənə qarşı birbaşa təhdidlərə yol verib. Bu qeyri-rəsmi silahlı qruplaşmalara nəzarət edən adamdır”, - Odessa qubernatoru Milli İslahat Şurasının gedişatında daxili işlər nazirilə baş verən mübahisədən sonra bildirib.

Arsen Avakov hadisə vaxtı Saakaşvilinin üzünə su çırpdığını deyib.

Məlumata əsasən daxili işlər naziri Odessa limanyanı zavodunun özəlləşdirilməsi ilə bağlı Mixail Saakaşvilinin “Uralxim şirkətindən rusiyalı oliqarxla danışıqlar” aparması ilə maraqlanıb.

Avakovun sözlərinə görə bu sualdan sonra Saakaşvili onu korrupsiyada ittiham edib.

Saakaşvilinin sözlərinə görə DİN rəhbəri onu “korrupsiya və vəzifədən sui istifadə” etməkdə günahlandırıb.

Odessa vilayətinin rəhbəri həmçinin baş nazir Arseni Yatsenyuk tərəfindən “qastrolçu” adlandırıldığını bildirib.

"Məni qastrolçu adlandıran Yatsenyuka nə demək istəyirəm. Mən burdan heç yerə getmək fikrində deyiləm, onlara sevdiyim Ukraynanı qarət etmək imkanını verməyəcəm”, - Saakaşvili vurğulayıb.

Odessa vilayətinin qubernatoru Ukrayna baş naziri və hökuməti dəfələrlə tənqid edib.

Saakaşvili prezident administrasiyasından iclasın videoyazısını açıqlamağı tələb edir.

"Videoyazı 3 kameradan aparılıb. Ukrayna xalqının kim tərəfindən idarə olunduğunu görüb bilməyə tam haqqı var. Mən orda dediyim hər bir sözə cavab verirəm”.

Petro Poroşenko Blokundan (BPP) millət vəkili Sergey Leşşenkonun sözlərinə əsasən Arsen Avakov Saakaşviliyə stəkan ataraq ölkədən rədd olmağı tövsiyyə edib.

Parlament üzvü “siyasi müharibənin sürət yığdığını” qeyd edib.

BBC

Paylaş:
614

Son xəbərlər

Bütün xəbərlər