Kaliforniyada 120 min dollarlıq bayram ağacı yanıb - FOTO
ABŞ-ın Kosta-Mesa şəhərində Milad bayramı üçün hazırlanan şam ağacı yanıb. Bayram ağacı hökumətə 120 min dollara başa gəlib.
1news.az НТВ.Ru-ya istinadla xəbər verir ki, 30 mert hündürlüyündə və 10 ton ağırlığında olan bəzədilmiş ağac nəhəng otelin qarşısında düzəldilmişdi. Alov bir neçə dəqiqə ərzində şam ağacını büyürüb və o 40 dəqiqə ərzində tamamilə yanaraq kül olub. Yanğının qatı dumanını hadisə yerindən bir neçə kilomertlikdən də görmək olurdu.
Yanğınsödürənlər şam ağacını, daha doğrusu ondan qalan qalıqları söndürə biliblər. Ağac artıq bayram şənliyi üçün yararlı deyil. Yanğın nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, şam ağaçı oktyabrın 13-də qurulub və onun bəzədilməsinə bir ay sərf olunub.
Hadisənin təsadüfi yanğın və ya qəsdən törədilmiş olması araşdırılır.
1news.az