Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdini destruktiv adlandırıb | 1news.az | Xəbərlər
Siyasət

Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdini destruktiv adlandırıb

21:25 - 14 / 12 / 2015
Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdini destruktiv adlandırıb

Türkiyənin təklif etdiyi kimi Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdi destruktivdir, bunu Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç bəyan edib.

1news.az İnterfax-a istinadla xəbər verir ki, bu sözləri Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç “Rossiya 24” telekanalına müsahibəsində deyib. O, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə dair son bəyanatını dağıdıcı adlandırıb.

Bundan əvvəl Türkiyənin Baş naziri Əhməd Davudoğlu Bakıya səfəri zamanı bəyan edib ki, Ankara işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması üçün əlindən gələni edəcək.

"Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdi destruktivdir və bunun heç bir davamı ola bilməz"- deyə Aleksandr Lukaşeviç bildirib.

Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən bəyanatlar verməsi yeni deyil və rəsmi Ankara hər fürsətdə belə bəyanatlar verir. Lakin ilk dəfədir ki, rəsmi Moskva açıq şəkildə Türkiyənin bu məzmunlu bəyanatlarına qarşı çıxaraq onu "destruktiv" adlandırır.

Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç:

“Ümid edirəm ki, dekabrda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü gərginliyin aradan qaldırılması istiqamətinə münaqişənin həllinə öz töhfəsini verəcək”.

1news.az

Paylaş:
480

Son xəbərlər

KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53
Bütün xəbərlər