Bakının mərkəzindəki iki yolda genişləndirmə işləri aparılır
Paytaxtın Yasamal rayonu Balababa Məcidov və Abdulla Şaiq küçələri genişləndirilir.
1news.az-ın məlumatına görə, bu məqsədlədə plana düşən obyekt və yola yaxın yaşayış evlərinin pilləkanları, habelə binalara calaq kimi görünən sonradan tikilmiş hissələr sökülür.
Nizami metro stansiyasının yaxınlığında yerləşən ərazidə söküntü işləri başa çatandan yola yeni-asfalt beton örtüyü döşənəcək, səkilər yənilənəcək.
Söküntü ilə bağlı sakinlərə kompensasiyanın ödənilməsi Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən aparılır.
1news.az
633