Millimiz «onluğun» bir addımlığında | 1news.az | Xəbərlər
Futbol

Millimiz «onluğun» bir addımlığında

11:47 - 15 / 12 / 2015
Millimiz «onluğun» bir addımlığında

Dünya çempionatının seçmə mərhələ oyunlarından sonra futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Sportbox.az-ın məlumatına görə, seçmə mərhələnin Xorvatiyada keçirilən qarşılaşmalarında İsveçi 8:2, Belarusu 7:2 məğlub edib, meydan sahibləri ilə heç-heçə edən (4:4) komandamız dünya reytinqində iki pillə irəliləyərək 11-ci sıraya yüksəlib.

Aktivinə 19 xal əlavə edən millimizin hesabında artıq 1388 xal var.

Qeyd edək ki, ümumilikdə 154 komandanın yer aldığı siyahıya İspaniya başçılıq edir – 1923 xal.

1. İspaniya - 1923

2. Braziliya - 1909

3. Rusiya – 1752

4. İtaliya – 1687

5. İran - 1621

6. Argentina – 1620

7. Portuqaliya - 1584

8. Ukrayna – 1509

9. Kolumbiya - 1436

10. Yaponiya – 1411

11. AZƏRBAYCAN – 1388

Sportbox.az

Paylaş:
797

Son xəbərlər

Bütün xəbərlər