Kəmaləddin Heydərov: “Neft platformasında baş verən yanğın yaxın zamanda söndürüləcək” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kəmaləddin Heydərov: “Neft platformasında baş verən yanğın yaxın zamanda söndürüləcək”

13:24 - 16 / 12 / 2015
Kəmaləddin Heydərov: “Neft platformasında baş verən yanğın yaxın zamanda söndürüləcək”

“Günəşli” yatağının 10 nömrəli dərin dəniz özülündəki yanğın  yaxın vaxtlarda söndürüləcək. Artıq neft quyularından birindəki yanğın söndürülüb, digər iki qaz quyusunda yanğınsöndürmə işləri aparılır.

1news.az- xəbər verir ki, bu haqda jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Nazir qeyd edib ki, cətin hava şəraitinə baxmayaraq, itkin düşən neftçilərin axtarışı davam edir.

“Bundan əlavə platformanın altındakı bünövrə hissəsində baxış keçiriləcək. Bu məsələ Prezident İlham Əliyevin nəzarəti altındadır, görülən işlər haqqında daimi olaraq ona məlumat verilir. Ağır hava şəraitinə görə platformada yanğından təxliyə zamanı müəyyən çətinliklər baş verib. Lakin  AR FHN hadisənin nəticələrini tam  aradan qaldırılmaq üçün lazım olan bütün avadanlıqlağa malikdir.   

 1news.az

Paylaş:
997

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər