“Günəşli” yatağında qəzada xəsarət alan neftçilərdən beşi bu gün evə buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Günəşli” yatağında qəzada xəsarət alan neftçilərdən beşi bu gün evə buraxılıb

14:48 - 16 / 12 / 2015
“Günəşli” yatağında qəzada xəsarət alan neftçilərdən beşi bu gün evə buraxılıb

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən neftçilərdən 5 nəfəri bu gün evə buraxılıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbər görə, xəstəxananın mətbuat katibi Aytən Fətəliyeva  bildirib ki, evə buraxılan neftçilər Allahverdi Məmmədov, Kamran Tarıverdiyev, Vidadi Sarıyev, Bəhruz Babayev və Coşqun Qarayevdir. Onun sözlərinə görə, hazırda xəstəxanada olan 15 neftçinin müalicəsi davam etdirilir.

Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib ki, qəzada xilas olunan neftçilərdən biri 1962-ci il təvəllüdlü Bəxtiyar Ələkbərovun vəziyyəti ağır stabil olaraq qalır və müalicəsi stasionarda davam etdirilir.

Xatırladaq ki, neftçi xəstəxanaya dördüncü dərəcəli yanıq xəsarətləri ilə daxil olub, onun bədəninin təqribən 50%-i yanıb.

1news.az

Paylaş:
751

Son xəbərlər

Bütün xəbərlər