Kəmaləddin Heydərov: “FHN Azadlıq prospektində baş verən yanğından öncə dəfələrlə xəbərdarlıq etmişdi” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəmaləddin Heydərov: “FHN Azadlıq prospektində baş verən yanğından öncə dəfələrlə xəbərdarlıq etmişdi”

17:28 - 16 / 12 / 2015
Kəmaləddin Heydərov: “FHN Azadlıq prospektində baş verən yanğından öncə dəfələrlə xəbərdarlıq etmişdi”

“Binəqədi rayonunda yaşayış binasında baş verən yanğın zamanı yanğınsöndürənlər səhhətlərini, ölümlərini gözləri qarşısına alaraq çoxlu sayda insanı xilas elədilər”.

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin 10 illik yubileyinə həsr olunmuş genişləndirilmiş Kollegiya iclasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovsöyləyib.

K.Heydərov bildirib ki, nazirliyin müvafiq qurumları dəfələrlə rayon və şəhər icra hakimiyyətlərinə xəbərdarlıq məktubları göndərib:

"Çox təəssüf ki, bəzi rayon və şəhər icra hakimiyyətləri xəbərdarlıqlara baxmayaraq, abadlıq işləri adı altında yanğına davamlı olmayan materiallardan binaların əsaslı təmirində istifadə ediblər. Bu, aparılan istintaq zamanı da üzə çıxdı”.

1news.az

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər