Pakistanda terror şübhəsi ilə 100 min nəfər həbs olunub
Pakistan hökuməti ötən ilin dekabr ayında təhsil müəssisəsində 130 şagirdin ölümü ilə nəticələnən terror aktından sonra qüvvəyə minən “Milli fəaliyyət planı” anti-terror proqramı çərçivəsində ölkənin 100 min vətəndaşını həbs edib.
1news.az “РИА Новости” informasiya agentliyinə istinadla xəbər verir ki, Pakistanın Daxili İşlər Nazirliyindəki yüksək vəzifəli mənbə həbs edilən şəxslərin yalnız 2 mininin yaraqlı olduğunu bildirib.
Onun sözlərinə görə, bu fəaliyyət təhlükəsizlik problemini həll etmir və əhalinin sıxışdırılmasına gətirib çıxarır. Anti-terror planı çərçivəsində saxlanılan dinc sakinlər azad buraxılmaları üçün polisə rüşvət verməli olurlar.
Buna baxmayaraq, hökumət məmurları planın nəticə verdiyini deyirlər. Statistik məlumata əsasən, keçən il yaraqlıların hücumları nəticəsində orta hesabla ayda 136 nəfər həyatını itirmişdisə, hazırda bu göstərici 90 nəfərə qədər azalıb.
1news.az