BQXK itkin düşmüş səxslərin yenilənmiş siyahısını təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

BQXK itkin düşmüş səxslərin yenilənmiş siyahısını təqdim edib

10:10 - 16 / 12 / 2015
BQXK itkin düşmüş səxslərin yenilənmiş siyahısını təqdim edib

Atəşkəs haqda razılaşmadan 20 ildən çox keçməyinə baxmayaraq ailələr hələ də Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş əzizlərinin taleyindən bixəbərdir.

1news.az-ın məlumatına görə, bunu aydınlaşdırmaq yönündə səylərinin bir hissəsi kimi, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə tərəflərinə Bakı və Yerevan nümayəndəliklərinin və Dağlıq Qarabağdakı missiyasında qeydiyyatdan keçirilmiş 4496 nəfər itkin şəxsin adı olan yenilənmiş siyahı təqdim edib.

Qeyd edək ki, siyahı sonuncu dəfə 2004-cü ildə təqdim olunub və o vaxtdan bəri BQXK, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyaları və itkinlərin ailələri ilə sıx işləyərək silahlı münaqişə dövründə itkin düşmüşləri qeydiyyatdan keçirib və bu şəxslərin işlərilə ardıcıl məşğul olub.

Beynəlxalq humanitar hüquqa əsasən, münaqişə tərəfləri itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün əlindən gələni etməlidir. BQXK inanır ki, yenilənmiş siyahı hakimiyyət nümayəndələrinə məlumatı ümumiləşdirməkdə və bu yöndə səylərini artırmaqda kömək edəcək. BQXK, neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olaraq tərəflərə öz təcrübəsi ilə və onların arasında neytral vasitəçi kimi dəstək verməkdə davam edəcək.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı,BQXK 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir və münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması təşkilatın ümdə məqsədlərindəndir.

1news.az

Paylaş:
705

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər