Çingiz Hüseynzadə: Dopinq qalmaqalı ilə bağlı məsələ ciddi araşdırılacaq | 1news.az | Xəbərlər
İdman

Çingiz Hüseynzadə: Dopinq qalmaqalı ilə bağlı məsələ ciddi araşdırılacaq

13:26 - 17 / 12 / 2015
Çingiz Hüseynzadə: Dopinq qalmaqalı ilə bağlı məsələ ciddi araşdırılacaq

İdmançılarımızda dopinq tapılması ilə bağlı məlumatı hələ yeni almışıq, müzakirə etməmişik.

1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib:

“Bütün dünyada bu cür qalmaqallar baş verir. Onu deyə bilərəm ki, bizim idmançılar ABŞ-da keçirilən dünya çempionatına getməzdən əvvəl dopinq analizlərini vermişdilər. Həmin vaxt cavablar təmiz çıxmışdı.

Bildiyiniz kimi, Milli Olimpiya Komitəsində anti-dopinq komissiyamız var. İdmançılar qayıtsınlar, mütəxəssislərlə birgə iclas keçirəcəyik. Ora mütləq Ağır Atletika Federasiyasının nümayəndələrini də çağıracağıq. Bu işdə məsul olan şəxslərdən baş verənlərin səbəbini soruşacağıq. Yəni, bu məsələ ciddi araşdırılacaq. Bildiyiniz kimi, bir neçə il əvvəl də belə bir problem yaranmışdı. Bu, təkrar olunmamalı idi”.

Qeyd edək ki, ağırlıqqaldırma üzrə Azərbaycan milli növbəti dopinq qalmaqalı ilə üzləşib. Məlum olduğu kimi, Silviya Angelovanın ardınca daha iki idmançımız – Valentin Xristov və Elxan Əliquluzadə dopinq-testdə “ilişib”. İdmançılarımız B probu vermək məcburiyyətində qalıblar. Əgər ikinci analiz də müsbət nəticələnərsə, hər üç atletimiz podiumdan ömürlük uzaqlaşdırılacaq.

1news.az

Paylaş:
876

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər