Yaşlı qadın evində ölü tapıldı
Bakıdakı fərdi yaşayış evlərinin birində insan cəsədi aşkar edilib.
1news.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda fərdi yaşayış evində 1951-ci il təvəllüdlü Srednovo Larisa Qriqoryevna bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.
1news.az
778