Dənizdə qalan balıqçılar xilas edildi
Dənizdə köməksiz qalan balıqçılar xilas edilib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat veriblər.
Məlumata görə, dekabrın 14-də saat 13:00 radələrində DSX Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə dənizdə balıqçı qayığında yaranmış texniki nasazlıq səbəbindən iki nəfər balıqçının həyatının təhlükə qarşısında qalması barədə məlumat daxil olub.
Sahildən iki mil aralıda yerləşən qayığın koordinatları dəqiqləşdirildikdən sonra həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Astara rayon Şahağacı kəndinin sakini Əliyev Elvin Ağaverdi oğlu və Kakalos kənd sakini Məmmədov Amil Valeh oğlu qayıqla birlikdə sahilə çıxarılıblar.
1news.az
1379