Prezident İlham Əliyev Qətər əmirini təbrik etdi
Azərbaycanın Prezidenti İlham Əliyev Qətərin əmiri şeyx Təmim bin Həməd Al Tanini dövlətin milli günü münasibətilə təbrik edib.
1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, təbrikdə deyilir:
“Əlahəzrət,
Qətər Dövlətinin Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
825