Davudoğlu Türkiyənin İraqda hərbi iştirakının vacibliyini bəyan edib
Türkiyənin Baş naziri Əhməd Davudoğlu İŞİD terrorçularının İraqın Başika bölgəsində yerləşən türk hərbi düşərgəsinə hücumunun təfərrüatları haqqında danışaraq qeyd edib ki, məlum insident türklərin bu ölkədə iştirakının vacibliyini göstərir.
1news.az-ın “РИА Новости”-yə istinadla verdiyi xəbərə görə, daha əvvəl Türkiyə Baş Gərargahı İŞİD-in Mosul ətrafındakı Başikada yerləşən düşərgəyə hücumu nəticəsində 4 türk hərbçinin yaralanması haqda məlumat yaymışdı.
“Çox təəssüflər olsun ki, hücum nəticəsində bir iraqlı hərbçi həlak olub, düşərgədəki 4 hərbçi isə yaralanıb. Onlar Türkiyəyə gətirilib və tibbi yardım göstərilir. Biz Baş Qərargah rəisi ilə hadisəni müzakirə etdik.Bizim hərbçilər İŞİD mövqelərinə lazımi zərbə endiriblər. İraq hökumətinin qanuni olaraq orqanlar yaradana qədər bizim orada iştirakımız vacibdir”, - bu haqda Davudoğlu Ankara hava limanında Brüsselə səfərə getmədən öncə mətbuat konfransında deyib.
Baş nazir sözlərinə əlavə edib ki, Türkiyənin İraqda hərbi iştirakı o ölkənin müsəqilliyinə təhlükə yaratmayacaq, əksinə ərazilərin terrorçulardan qorunmasına yardım edəcək.
1news.az