Avropa çempionatında iştirak edəcək futbolçuların siyahısı hazırlanacaq | 1news.az | Xəbərlər
Futbol

Avropa çempionatında iştirak edəcək futbolçuların siyahısı hazırlanacaq

14:38 - 18 / 12 / 2015
Avropa çempionatında iştirak edəcək futbolçuların siyahısı hazırlanacaq

AFFA-nın Futbol Akademiyasında müxtəlif yaş qruplarından ibarət yığma komandalarda çalışan məşqçilərin iştirakı ilə görüş keçirilib.

Sportbox.az-ın məlumatına görə, görüşdə baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, texniki direktor Bernhard Lippert, eləcə də Məşqçilər Komitəsinin üzvləri iştirak ediblər.

Görüşdə dekabrın 14-də Bakı Olimpiya Stadionunda Topaz Premyer Liqası klublarının baş məşqçiləri ilə keçirilmiş görüş xatırlanaraq səmərəli müzakirələrin aparıldığı bildirilib, milli komandaların məşqçi heyəti ilə klubların məşqçiləri arasında qarşılıqlı əlaqənin yüksək səviyyədə olmasının vacibliyi vurğulanıb.

Qeyd olunub ki, 2020-ci ildə təşkil olunacaq və 4 oyunu Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan milli komandasının iştirakına nail olmaq üçün istedadlı gənc futbolçular indidən diqqət mərkəzində saxlanılmalı, bununla əlaqədar yığma və klub məşqçiləri sıx əməkdaşlıq etməli, zərurət yaranacağı təqdirdə gənc futbolçularla fərdi məşqlər də keçirilməlidir.

Avro-2020-də çıxış edə biləcək milli komandanın formalaşdırılması üçün qısa müddət ərzində ən azı 30 nəfərdən ibarət 1994-2000-ci il təvəllüdü futbolçuların siyahısının tərtib olunması, həmin futbolçulara fərdi məşqlərin keçirilməsi məqsədilə metodiki vəsaitin hazırlanması qərara alınıb

Sportbox.az

Paylaş:
716

Son xəbərlər

Bütün xəbərlər