TƏCİLİ: Bakıda kredit təşkilatında işləyən gənc oğlan itkin düşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏCİLİ: Bakıda kredit təşkilatında işləyən gənc oğlan itkin düşüb - FOTO

15:20 - 18 / 12 / 2015
TƏCİLİ: Bakıda kredit təşkilatında işləyən gənc oğlan itkin düşüb - FOTO

Dekabrın 17-də səhər 25 yaşlı Pərviz Əlibəyli evdən çıxaraq bir daha geri qayıtmayıb. İtkin düşən “Merkuri” kredit təşkilatında çalışır.

Pərvizin dostu Zaur Sulatovun 1news.az-a verdiyi məlumata görə, o xalasıoğlu ilə görüşərək ona pul verməli idi.

“Pərvizdə Masallıya gedəcək qohumuna vermək üçün 5000 manat vardı. Amma xalasıoğlu ilə görüş alınmayıb, belə ki Pərviz işə gecikib. Axırıncı dəfə Pərviz həyatyoldaşı ilə elə həmin səhər telefonla danışıb. O, deyib ki, keçmiş Əzizbəyov heykəlinin yanındakı 20 nömrəli məktəbtərəfdədir”, - Z.Sultanov bizimlə məlumatı bölüşüb.

Onun sözlərinə görə, o vaxtdan bəri Pərvizlə bağlı heç bir məlumat yoxdur. Pərvizin hər iki telefonu söndürülüb.

“Biz artıq polisə məlumat vermişik, amma hələ ki heç bir xəbər yoxdur. Xahiş edirəm bu məlumatı yaymaqda yardımçı olasınız. Onun həyatyoldaşı dərddən başını itirib. Onların səkkizaylıq körpə qızları var”, - dostu Z.Sultanov bütün oxuculara müraciət edir.

Zəhmət olmasa onu görənlər (051) 716-55-45, (051) 764-93-03 nömrələrinə zəng edərək dostu Zaur Sultanovla əlaqə saxlasınlar.

1news.az

Paylaş:
1070

Son xəbərlər

Bütün xəbərlər