Sumqayıt sakinindən qumbara və patron götürüldü

Evində silah-sursat aşkarlanan Sumqayıt sakini saxlanılıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Həmid Pirverdiyevdən “F-1” qumbarası və 29 ədəd avtomat patronu götürülüb.
1news.az
792