Azercell “İlin Mobil Operatoru” seçildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell “İlin Mobil Operatoru” seçildi

16:25 - 18 / 12 / 2015
Azercell “İlin Mobil Operatoru” seçildi

Ölkənin lider mobil operatoru Azercell Telekomun nailiyyətləri sırasına daha bir uğur əlavə olunub.

1news.az-a Azercell-in mətbuat xidmətindən verilən məlumata görə, şirkət "Consulting&Business" jurnalının təsis etdiyi İlin Şirkəti 2015 mükafatının “İlin Mobil Operatoru” nominasiyası üzrə qalib seçilib. Mobil rabitə sahəsində ən innovativ meyyləri ölkədə təqdim edən Azercell şirkəti telekommunikasiya xidmətlərinin inkişafına verdiyi töhfəyə, həyata keçirdiyi uğurlu layihələrə və yeniklərə görə mükafatlandırılıb.

Azercell Telekom MMC-nin yeni təyin olunmuş prezidenti Vahid Mürsəliyev mükafatı qəbul edərək "Consulting&Business" jurnalının idarə heyətinə şirkəti bu ada layiq gördüyünə görə, ilk növbədə isə Azercell-i öz mobil operatoru kimi seçən 4.5 milyon abunəçiyə minnətdarlığını bildirib.

Vahid Mürsəliyev öz çıxışında Azercell-in 2015-ci ildə istər mobil rabitə, istərsə də sosial fəaliyyət istiqamətində bir sıra mühüm layihələr həyata keçirdiyini vurğulayıb. “Azercell şirkəti yarandığı gündən daim müştərilərinə ən yüksək xidməti təqdim etməyə və Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olmağa çalışıb.

Bütün bu illər ərzində xidmətlərimizin və şəbəkəmizin mükəmməlliyi üzərində fokuslanaraq, texnoloji innovasiyalar sahəsində də nümunəvi şirkət olmağı vacib saymışıq”- deyə şirkət prezidenti bildirib.

Qeyd edək ki, İlin Şirkəti Milli mükafatı "Consulting&Business" jurnalı tərəfindən 2006-cı ildə təsis olunub və Azərbaycanda biznes və iqtisadiyyat sahəsində ən nüfuzlu mükafatlardan biri sayılır. “İlin Şirkəti” milli iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş təşkilatlara təqdim olunur.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Paylaş:
1092

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər