Azərbaycanlı nazirin müsahibəsi Vyetnam dilində dərc edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı nazirin müsahibəsi Vyetnam dilində dərc edilib

16:33 - 18 / 12 / 2015
Azərbaycanlı nazirin müsahibəsi Vyetnam dilində dərc edilib

Xarici işlər naziri Elmar Məmmədyarovun “İrs” jurnalının Vyetnam dilində çıxan ilk buraxılışında müsahibəsi dərc edilib.

1news.az-ın məlumatına görə, müsahibədə E.Məmmədyarov Azərbaycanla Vyetnam arasında əməkdaşlığın hazırkı vəziyyətindən, xüsusən də siyasi münasibətlərin inkişafından məmnunluq ifadə etdi, hər iki ölkə başçısının qarşılıqlı səfərlərinin bu məsələdə həlledici rol oynadığını bildirib.

Nazir həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin bir-birinə qarşılıqlı dəstəyini yüksək qiymətləndirib, BMT və Qoşulmamaq Hərəkatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

İkitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyətinə toxunan E.Məmmədyarov, 2014-cü ildə hər iki ölkənin iş adamlarının iştirakı ilə Hanoy şəhərində keçirilmiş biznes forumu, SOCAR və Petrovyetnam şirkətləri arasında qurulmuş əməkdaşlığı qeyd edib, yaxın gələcəkdə hökumətlərarası iqtisadi komissiyanın işə başlaması ilə bu istiqamətdə arzuolunan nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi barədə geniş məlumat verən E.Məmmədyarov, münaqişənin həlli ilə bağlı BMT TŞ-ın dörd qətnaməsinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini, işğal faktının təkcə Azərbaycan üçün deyil, bütün region üçün əsas təhdid olduğunu diqqətə çatdırıb, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əminlik ifadə edib.

1news.az

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər