Azərbaycanda tərkibində GMO olan tütün məmulatlarının satışı qadağan olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda tərkibində GMO olan tütün məmulatlarının satışı qadağan olundu

17:23 - 18 / 12 / 2015
Azərbaycanda tərkibində GMO olan tütün məmulatlarının satışı qadağan olundu

Azərbaycanda tərkibindəgenetik modifikasiyaolunmuş (GMO) tütün məmulatlarının satışı qadağan olundu.

1news.az-ın verdiyi xəbərə görə, "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişikliklər Milli Məclisin iclasında təsdiq edilib.

Qanuna əlavəyə əsasən, tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda hüquqi və fiziki şəxslər tərəfindən tütünün və tütün məmulatının idxalına yol verilmir.

Digər əlavəyə görə, tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda tütünün və tütün məmulatlarının satışı qadağan olunur.

1news.az

Paylaş:
884

Son xəbərlər

Bütün xəbərlər