Azərbaycanda 2-ci qıza görə 10 min manat verilməsi ilə əlaqədar–VIDEO- AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 2-ci qıza görə 10 min manat verilməsi ilə əlaqədar–VIDEO- AÇIQLAMA

09:25 - 18 / 12 / 2015
Azərbaycanda 2-ci qıza görə 10 min manat verilməsi ilə əlaqədar–VIDEO- AÇIQLAMA

Nazirlik Azərbaycanda 2-ci qız övladına görə 10 min manat verilməsi məsələsinə açıqlama verib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda 2-ci qız övladının doğulmasına görə verilməsi nəzərdə tutulan 10 min manatla bağlı əhali arasında yaranan suallara aydınlıq gətirərkən mükafatlandırma sisteminin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hazırlandığını və 2015-2020-ci illər üçün nəzərdə tutulan demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsinə dair Dövlət Proqramına salındığını deyib.

1news.az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev isə Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, həvəsləndirmənin hansı formada olacağını qəti demək tezdir: 

“Heç bir dövlət rəsmisinin dilindən “10 min manat veriləcək” ifadəsi çıxmayıb. Bu rəqəmi mətbuatın haradan tapdığı bilinmir. Sadəcə, bildirilib ki, müxtəlif variantlar var, onlardan biri də həvəsləndirmədir. Bunun hansı formada olacağını demək tezdir”.

Nazirliyin sözçüsü qeyd edib ki, doğulanlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması məqsədi ilə hazırlanacaq fəaliyyət planında abort siyasətinə yenidən baxılması və bir sıra başqa məsələlər nəzərdə tutulub: 

“Proqramda hamiləliyin sonrakı dövrlərində ana və ya uşağın sağlamlığı üçün təhlükə olmadığı hallarda abortlara məhdudiyyətlərin qoyulması, həkimlərin məsuliyyətinin artırılması, bu sahədə qanunvericiliyin sərtləşdirilməsi, kontraseptiv vasitələrdən istifadə səviyyəsinin artırılması, qız uşaqları olan ailələrlə bağlı əlavə sosial proqramların hazırlanması və digər tədbirlərin nəzərdə tutulmasının zəruriliyi bildirilir”.

1news.az

Paylaş:
650

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər