Nazir Qəbələdə vətəndaşlarla görüşəcək
Kənd təsərrüfatı naziri Heydər Əsədov dekabr ayının 25-də Qəbələ rayonunda vətəndaşlarla görüşəcək.
1news.az-ın məlumatına görə, görüşdə Qəbələ ilə yanaşı İsmayıllı, Şamaxı, Qobustan, Abşeron rayonlarının sakinləri də iştirak edəcəklər.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsinə (050-386-18-14) və Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.
1news.az
561