Azərbaycanda avtobomillərin qiyməti artdı, bəzi şirkətlər satışı dayandırdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda avtobomillərin qiyməti artdı, bəzi şirkətlər satışı dayandırdı

13:52 - 21 / 12 / 2015
Azərbaycanda avtobomillərin qiyməti artdı, bəzi şirkətlər satışı dayandırdı

Bu gün manatın yenidən ucuzlaması avtomobil bazarına da təsirsiz ötüşməyib.

1news.az-ın Fins.az-a istinadən verdiyi xəbərə görə, bəzi avtomobil şirkətləri qiymətləri bahalaşdırsa da, bəziləri qeyri-müəyyən vəziyyəti nəzərə alıb satışları dayandırıb. Bəzi avtomobil şirkətləri isə hələlik köhnə qiymətlərlə satışları davam etdirir.

“X5” avtomobili 46 min manat bahalaşıb

“BMW”, “Mini” və “Rolls Roys” avtomobillərinin satışı həyata keçirən “İmprotex Motors” şirkəti hazırda avtomobil satışının olduğu bildirilib. Avtomobilin avro ilə qiyməti armasa da, manat məzənnəsində yeni qiymətlə satılır. Məsələn, 87 min avroya satılan (100 min manat) 3.0 mühərrikli 2015-ci model “BMW X5”in manatla qiyməti 46 min artaraq 146 min manat olub. “BMW 520” avtomobilinin qiyməti 57 min manatdan 84 min manata qədər artıb. Şirkətdən fins.az-a verilən məlumata görə, avtomobillərin qiyməti manatın ucuzlaşma faizi həcmində (47.6 %) bahalaşıb.

“Toyota” satışları dayandırdı

“Toyota Bakı Mərkəzi” isə hazırda satışları dayandırıb. Şirkətdən fins.az-a verilən məlumata görə, manatın ucuzlaşması ilə bağlı yaranan qeyri-müyyən bir vəziyyətlə əlaqədar olaraq satışlar dayandırılıb.

Bəzi şirkətlər qiyməti dəyişməyib

“Auto Azerbaijan” şirkətinin də satışları dayandırmadığı deyilsə də, şirkət bu məlumatı təkzib edib. Bildirilib ki, hazırda bütün modellər köhnə qiymətləri ilə satılır. “Audi Bakı Mərkəzi”ndən də avtomobillərinin qiymətlərində hər hansı bir dəyişiklik olmadığını deyiblər: “Audi”ləri köhnə qiymətlə satılır. Lakin yeni gətiriləcək avtomobillərin qiymətlərində mütləq bahalaşma olacaq”.

“Honda”nın indiki qiymətlər 10 gün dəyişməyəcək

“Honda Avtomobil Mərkəzi”nin marketinq meneneceri Kamran Məmmədov fins.az-a bildirib ki, “Honda”, “Mitsubishi”, “Mazda” və “Subaru” avtomobillərinin qiymətlərində hər hansı bir artım yoxdur. O bildirib ki, dekabr ayının 31-nə kimi avtomobillər köhnə qiymətlərlə satılacaq. Yeni ildə avtomobillərin qiymətlərinin necə dəyişəcəyi hələlik məlum deyil.

Paylaş:
1155

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər