Bakının bir çox mağazaları siqaret satışını dayandırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bir çox mağazaları siqaret satışını dayandırıb

14:42 - 21 / 12 / 2015
 Bakının bir çox mağazaları siqaret satışını dayandırıb

Azərbaycan Mərkəzi Bankının üzən məzənnə rejiminə keçməsindən və bununla əlaqədar xarici valyuta məzənnələrinin qəfil artmasından sonra bir çox mağazalardasiqaret satışı dayandırılıb.

1news.az-ın verdiyi xəbərə görə, piştaxtalardan tütün məmulatları yığışılıb. Satıcılar hətta təxmini qiymət söyləməyə belə çəkinirlər. Onlar söz verir ki, dollar və avronun yeni məzənnəsi təyin olunandan sonrasiqaretlər yenidən satışa çıxarılacaq.

Eyni zamanda, iri supermarketlərdə satışlar köhnə qiymətlər əsasında aparılır. Lakin satıcıların bildirdiyinə görə, yaxın saatlarda qiymətlərə yenidən baxılacaq və onlar yenisi ilə əvəzlənəcək. Həmçinin supermarketlərdən siqaretlərin qiyməti haqda yeni məlumat əldə olunmadı.

Xatırladaq ki, 2015-ci ilin dekabrın 21-də Azərbaycan Mərkəzi Bankı üzən məzənnə rejiminə keçməsini elan edib.Hazırki qərar dolların qəfil yüksəlməsinə səbəb olub.

Dolların (satışı) manata qarşı məzənnəsi 47,63%(0,501 manat) yüksələrək 1,55 manata çatıb.Avro da eyni zamanda 47,88% bahalaşaraq (0,5456 manat) 1,685 manat olub.

1news.az

Paylaş:
3168

Son xəbərlər

Bütün xəbərlər