Samuxda qadını öldürüb evini yandıran şəxslər tutuldu
Samux rayon sakinini qətlə yetirdikdən sonra evini yandıran şəxslər saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, dekabrın 18-də Samux rayonunun Nəbiağalı qəsəbəsində yaşayan 62 yaşlı Lütfiyyə İsmayılovanın evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra L.İsmayılovanın əlləri bağlı və boğaz nahiyəsində kəsilmiş xəsarəti olan yanmış meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş qəsəbə sakinləri Rəşad Nəsibov, Pərviz Həsənov və Azad Günəşli tutulublar.
Faktla bağlı araşdırma davam etdirilir.
1news.az
883