Xəzər dənizində neftçi kombinezonu aşkar olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzər dənizində neftçi kombinezonu aşkar olunub

16:07 - 21 / 12 / 2015
Xəzər dənizində neftçi kombinezonu aşkar olunub

“Abşeronneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) ərazisində, dənizdə bir neftçi kombinezonu tapılıb.

Bu barədə 1news.az AZƏRTAC-ın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyindən verilən məlumatına əsasən xəbər verir. Bildirilib ki, hazırdakombinezonun“Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş neftçilərdən kimə məxsus olması araşdırılır.

Bundan başqa, Dövlət Sərhəd Xidmətinin 4 gəmisi müxtəlif istiqamətlər üzrə, o cümlədən də 2 kateri sahilboyu ərazilərdə axtarışlar aparır. SOCAR tərəfindən “Azərbaycan Hava Yolları” QSC-dən sifariş olunan 2 hekilopter də axtarışlara cəlb olunub. Dövlət Sularda Xilasetmə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin canlı qüvvəsi isə sahilboyu müşahidələr aparırlar.

Xatırladaq ki, dekabrıın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib. Yanğın zamanı platformada 63 nəfər neftçi olub. Neftçilərdən 33-ü xilas olub, 7 nəfərin cəsədi isə dənizdən tapılıb. Qalan 23 nəfər neftçinin axtarışları hələ də davam edir.

“Günəşli” platformasında baş verən yanğın ilə əlaqədar Cinayət Məcəlləsinin 225.2 (“Ciddi fəsadlar verən yanğınla bağlı təhlükəsizlik qaydalarının pozulması”) maddəsi üzrə cinayət işi qaldırılıb. 

Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir Artur Rasizadənin sədrliyi ilə yanğının səbəblərinin araşdırılması ilə bağlı Dövlət Komissiyasının yaradılması ilə əlaqədar sərəncam imzalayıb.

1news.az

Paylaş:
641

Son xəbərlər

Bütün xəbərlər