“ASAN xidmət” vasitəsilə “Azərsu” ASC-yə 25 mindən çox müraciət daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət” vasitəsilə “Azərsu” ASC-yə 25 mindən çox müraciət daxil olub

17:34 - 21 / 12 / 2015
“ASAN xidmət” vasitəsilə “Azərsu” ASC-yə 25 mindən çox müraciət daxil olub

Cari ilin 11 ayında “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin  xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı 15309 müraciət edilib.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, müraciətlərin  5357-i qeydiyyatda olan və “Azərsu”  ASC-nin abonent bazasında təsdiqini tapmış  məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı olub.

Bununla yanaşı, 1869 müraciət abonent məlumatlarına dəyişikliklərin edilməsi, 1048 müraciət  smart sayğacın dəyişdirilməsi  ilə əlaqədar yeni  kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi, 1838 müraciət itirilmiş və zədələnmiş kartların bərpası, 1837 müraciət ödəniş zamanı yaranan texniki problemlər, 3360 müraciət isə digər məsələlərlə bağlı olub. Ən çox müraciət (5704) Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzində qeydə alınıb.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. Hazırda “Azərsu” ASC-nin xidmətləri  Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3, Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, həmçinin  Sumqayıt və Sabirabad şəhərindəki “ASAN xidmət”  mərkəzlərində təşkil olunub.

Ümumilikdə “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə başlanılandan ötən dövr ərzində müraciətlərin sayı 25 mini keçib.

1news.az

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər