Eldar Sabiroğlunun oğlu işdən çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Sabiroğlunun oğlu işdən çıxarıldı

17:52 - 21 / 12 / 2015
Eldar Sabiroğlunun oğlu işdən çıxarıldı

Zərdab rayon prokurorluğunun müstəntiqi Rüfət Səfərov prokurorluq orqanlarından xaric olunub.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat veriblər.

Məlumata görə, R.Səfərov “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq  prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə işdən çıxarılıb.

İcra və əmək intizamının, eləcə də  prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.

Qeyd edək ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.

1news.az

Paylaş:
693

Son xəbərlər

Bütün xəbərlər