ADU-da “Hindistan Mədəniyyəti Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ADU-da “Hindistan Mədəniyyəti Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

21:17 - 21 / 12 / 2015
ADU-da “Hindistan Mədəniyyəti Günü”nə  həsr olunmuş tədbir keçirildi - FOTO

21 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində  (ADU) universitetin Hindistan mərkəzinin təşkilatçılığı ilə “Hindistan Mədəniyyəti günü”nə həsr olunmuş tədbir keçirildi.

Universitetdən verilən məlumata əsasən, seminarda ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev,  Hindistanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, səfirliyin əməkdaşları, universitetin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Hindistanşünaslıq ixtisasında təhsil alan tələbələri  iştirak edirdi.

Tədbir Hindistan haqqında slaydın nümayişi ilə açıq elan olundu. Sonra universitetin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Hindistanşünaslıq ixtisasında təhsil alan tələbələri Hindistanın milli bayramları, rəqsləri, dini, dili, milli yeməkləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdilər.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana qonaqları salamlayaraq bu tədbirdə iştirakından məmnun olduğunu dilə gətirdi. O, universitetdə hindi dilinin tədris olunmasını yüksək qiymətləndirdi. Səfir Hindistan haqqında olan məlumatları məhz hindi dilində eşitməkdən məmnun olduğunu bildirdi. O, tələbələrə Hindistan mədəniyyəti haqqında ətraflı məlumat toplamaq üçün Azərbaycanda fəaliyyət göstərən Hindistan Cəmiyyətinə müraciət edə biləcəklərini söylədi. Çıxışının sonunda səfir universitet rəhbərliyinə və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.

ADU-nun Tərbiyə işləri üzrə prorekoru, professor Ələddin Əliyev qonaqları universitetdə görməkdən məmnun olduğunu söylədi. O, belə tədbirlərin mütəmadi olacağına ümid etdiyini dedi. Prorektor Azərbaycanla Hindistanın dostluq əlaqələrindən danışdı. ADU-da 22 dilin tədris olunduğunu deyən professor Ələddin Əliyev bu dillər sırasında hindi dilinin xüsusi yer tutduğunu sözlərinə əlavə etdi. Universitetdə müxtəlif mərkəzlərin fəaliyyət göstərdiyni deyən prorektor bu mərkəzlərlə yanaşı, Hindistan mərkəzinin də fəaliyyət göstərdiyini vurğuladı. Prorektor mərkəzin Hindistan səfirliyi ilə əməkdaşlığı çərçivəsində birgə tədbirlər keçirildiyini qeyd etdi.

Xarici Dillər kafedrasının müdiri, dosent Salman Nuriyev və Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu Azərbaycan-Hindistan əlaqələrinin inkişaf etdiyini söylədilər. Onlar belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal hesab etdilər.

Tədbirdən sonra iştirakçılara Hindistanın milli yeməkləri təqdim olundu.

1news.az

Paylaş:
2257

Son xəbərlər

Bütün xəbərlər