Prezident İlham Əliyev Yaponiya imperatorunu təbrik etdi | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Yaponiya imperatorunu təbrik etdi

18:50 - 22 / 12 / 2015
Prezident İlham Əliyev Yaponiya imperatorunu təbrik etdi

Azərbaycanın Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Akihitonu ölkənin milli bayramı münasibəti ilə təbrik edib.

1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, təbrikdə deyilir:

“Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə ən xoş arzularımı yetirərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

1news.az

Paylaş:
908

Son xəbərlər

Bütün xəbərlər