Dövlət və hökumət başçıları Azərbaycan Prezindetini təbrik etdilər | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət və hökumət başçıları Azərbaycan Prezindetini təbrik etdilər

20:15 - 22 / 12 / 2015
Dövlət və hökumət başçıları Azərbaycan Prezindetini təbrik etdilər

Bir sıra dövlət və hökumət başçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik ediblər.

1News.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən, ölkəmizin başçısını Çin Xalq Respublikasının Sədri Si Cinpin, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovtəbrik ediblər.

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə:

«Hörmətli cənab Prezident,

Ad gününüz münasibətilə Sizə ən səmimi və xoş arzularımı bildirirəm.

Bu yaxınlarda Çinə çox uğurlu dövlət səfəri etdiniz. Çin və Azərbaycan arasında ikitərəfli münasibətlər, birgə maraq doğuran beynəlxalq və regional problemlər barədə Sizinlə geniş fikir mübadiləsi apararaq, mühüm ümumi nəticələrə gələ bildik. Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında münasibətlər daha yüksək səviyyəyə qalxacaq, xalqlarımızın rifahına xidmət göstərəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Si Cinpin

Çin Xalq Respublikasının Sədri»

***

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə:

«Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizin bilavasitə rəhbərliyiniz ilə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatının bütün sahələrində baş verən genişmiqyaslı dəyişikliklər ölkənin dövlət müstəqilliyinin və beynəlxalq aləmdə nüfuzunun ardıcıl surətdə möhkəmlənməsini təmin edir.

Əminəm ki, ənənəvi dostluq, qarşılıqlı etimad və bir-birinin mənafelərinin nəzərə alınması prinsiplərinə əsaslanan çoxplanlı Özbəkistan-Azərbaycan münasibətləri dost ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bundan sonra da uğurla inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, icazə verin, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edim.

Hörmətlə,

İslam Kərimov

Özbəkistan Respublikasının Prezidenti»

***

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə:

«Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Belarus ilə Azərbaycanın əməkdaşlığı xalqlarımız arasında tarixən yaranmış dostluq münasibətləri, hər iki dövlətin strateji tərəfdaşlığının dərinləşdirilməsinə yönəlmiş fəal və səmərəli səylər ilə səciyyəvidir. Bu, Sizin Belarus Respublikasına rəsmi səfəriniz zamanı bir daha təsdiq olundu.

Belarusun və Azərbaycanın iqtisadi potensialının möhkəmlənməsinə, ölkələrimizin vətəndaşlarının rifahının yüksəldilməsinə yönəlmiş bütün razılaşmaların reallaşacağına əmin olduğumu bildirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoş günlər, səadət və suveren Azərbaycanın firavanlığı naminə yeni zəfərlər diləyirəm.

Hörmətlə,

Aleksandr Lukaşenko

Belarus Respublikasının Prezidenti»

***

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə:

«Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmağı özümə şərəf sayıram.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat enerjisi, şəxsi həyatınızda xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Qurbanqulu Berdiməhəmmədov

Türkmənistanın Prezidenti»

1news.az

Paylaş:
772

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər