“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində növbəti təlim keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində növbəti təlim keçirilib – FOTO

10:37 - 22 / 12 / 2015
“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində növbəti təlim keçirilib – FOTO

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində sayca on ikinci təlim keçirilib.

1news.az-ın məlumatına görə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində növbəti,

Dekabr laboratoriyası “Yer kürəsi və yeni il”-ə həsr olunub və buna uyğun olaraq, təlim zamanı “kiçik ekoloqlar”a planetimiz haqqında maraqlı faktlar, yer kürəsinin daxili qatları, Yer səthində baş verən vulkan, zəlzələ və s. kimi təbii proseslər barədə geniş məlumat verilib, eləcə də ətraf mühitə zərər yetirmədən Yeni il küknarının hazırlanması və bəzədilməsi yolları izah olunub.

Təlimin gedişində uşaqlar, bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etmiş, müxtəlif materiallardan istifadə etməklə “Yeni il” mövzusuna uyğun“sənət əsərləri” hazırlayıblar.

Dekabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də kiçik yaşlarından geoloji biliklərə sahib olmaları baxımından da əlamətdar olub.

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xüsusi Yeni il hədiyyələri təqdim edib.

Qeyd edək ki, 2015-ci ilin yanvar ayından start verilmiş “Uşaqlar üçün ekoloji laboratoriya”  layihəsi çərçivəsində hər ay mütəmadi olaraq iqlim dəyişmələri və qlobal istiləşmə, “yaşıl şəhər”, tullantılar və onların təkrar emalı, ilin fəsilləri və ağaclar, atmosfer çirklənməsi, ekoloji təmiz və sağlam qida, suyun xüsusiyyətləri və onun qorunması, enerji və ona qənaət, heyvanlar və onlara qayğı kimi müxtəlif ekoloji mövzuları əhatə edən təlimlər keçirilib və il ərzində ümumilikdə, 200-dən çox uşaq laboratoriyamızın qonağı olub.

1news.az

Paylaş:
780

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər