“Şahdağ” turizm kompleksi MDB dağ-xizək kurortlarının TOP-10 reytinqində yer alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Şahdağ” turizm kompleksi MDB dağ-xizək kurortlarının TOP-10 reytinqində yer alıb

13:31 - 23 / 12 / 2015
“Şahdağ” turizm kompleksi MDB dağ-xizək kurortlarının TOP-10 reytinqində yer alıb

“Şahdağ” qış-yay turizm kompleksi MDB ölkələrinin dağ-xizək kurortları üzrə tərtib edilmiş reytinqin ilk onluğunda yer alıb.

Mədəniyyət və Turizm Nazirliyindən 1news.az-a verilən məlumata görə, məşhur turizm xidməti Travel.ru “Forbes” ilə birlikdə yanvar ayı üçün MDB məkanı üzrə viza tələb olunmayan münasib (oteldə qalmaq haqqı, nahar, və s. xidmətlər nəzərə alınmaqla - Oktogo.ru saytının məlumatına əsasən) dağ-xizək kurortlarının TOP-10 reytinqini tərtib edib.

Siyahıda “Şahdağ” qış-yay turizm kompleksi yeddinci sırada qərarlaşıb.

1.Belokurixa (Altay, Rusiya) – 3200 rubl (adambaşına gündəlik xərc)

2.Loqoysk (Minsk, Belarus) – 3400 rubl

3.Zavyalixa (Çelyabinsk, Rusiya) – 3400 rubl

4.Krasnaya sopka (Kamçatka, Rusiya) – 3400 rubl

5.Qaragöl (Bişkek, Qırğızıstan)  - 3500 rubl

6.Çimqan (Taşkent, Özbəkistan) – 3500 rubl

7.Şahdağ (Azərbaycan) – 3700 rubl

8.Bukovel (Ukrayna) – 3800 rubl

9.Bakuriani (Gürcüstan) – 4100 rubl

10.Şımbulak (Qazaxıstan) – 4300 rubl   

Məlumat üçün bildirək ki, Şahdağ Turizm Mərkəzi adını Azərbaycanın, Qusar rayonu ərazisində yerləşən Böyük Qafqaz dağ silsiləsinin dəniz səviyyəsindən 4243 m hündürlükdə olan zirvəsi, Şahdağ zirvəsinin adından götürülüb. 2012-ci ildə istifadəyə verilən kompleks Qusar şəhərinin 25 kilometrliyində yerləşir.

1news.az

Paylaş:
4437

Son xəbərlər

Bütün xəbərlər