Çövkən üzrə Prezident kubokunun qalibi məlum oldu | 1news.az | Xəbərlər
İdman

Çövkən üzrə Prezident kubokunun qalibi məlum oldu

17:47 - 23 / 12 / 2015
Çövkən üzrə Prezident kubokunun qalibi  məlum oldu

Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən Milli Atüstü oyunları üzrə Prezident kuboku uğrunda turnir sona çatıb.

1news.az xəbər verir ki, 10-cu dəfə keçirilən yarışlarda respublikanın 24 komandası fəxri mükafat uğrunda mübarizə aparıb.Yarımfinal oyunlarından sonra turnirin final görüşləri keçirilib.

Əvvəlcə 3-cü yer uğrunda oyun olub. Yarımfinalda məğlub olan, “Ağstafa” və “Polad” komandaları üz üzə gəliblər.

Görüşdə “Polad” komandası 1-0 hesabı ilə qələbə qazanaraq bürünc medallara yiyələnib. Ardınca isə Çövkən Milli Atüstü oyunları üzrə 10-cu Prezident kubokunun final görüşü keçirilib.

 “Ağcabədi” və “Sərhədçi” komandaları üz-üzə gəliblər. Oyun “Sərhədçi” komandasının 7-0 hesablı qələbəsi ilə nəticələnib.

Beləliklə də , “Sərhədçi” komandasının çövkən üstaları, Azərbaycan çempionatındakı qələbədən sonra, Prezident kubokunu da fəxri mükafatla başa vurublar. Qaliblərə mükafatları Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.

Paylaş:
998

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər