Azərbaycan Respublikasının İtaliya və eyni zamanda San Marino, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb
Vaqif Sadıqovun Azərbaycan Respublikasının İtaliya və eyni zamanda San Marino, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, sərəncamda deyilir:
«Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İtaliya Respublikasında və eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın».