Dekabrın 25-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dekabrın 25-nə olan hava proqnozu açıqlanıb

14:05 - 24 / 12 / 2015
Dekabrın 25-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 25-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, çiskinli yağış yağacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

1news.az

Paylaş:
3087

Son xəbərlər

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilibBu gün, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilibBu gün, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!Bu gün, 17:04ABB AKA Bankla müqavilə imzaladıBu gün, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunubBu gün, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRHBu gün, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVABu gün, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyibBu gün, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıbBu gün, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilibBu gün, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTOBu gün, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edibBu gün, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTOBu gün, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişibBu gün, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olunduBu gün, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAMBu gün, 14:05FHN: Ötən sutka 64 yanğına çıxış olub, 4 nəfər xilas edilibBu gün, 13:54Gəncədə 2 İyul - Azərbaycan Polisi Günü qeyd olunubBu gün, 13:30Azərbaycanda son 20 ildə zərərsizləşdirilən cinayətkar qrup və dəstələrin sayı açıqlandıBu gün, 13:05
Bütün xəbərlər