Azərbaycanlı alimin kitabı Almaniyada işıq üzü görüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı alimin kitabı Almaniyada işıq üzü görüb

10:20 - 24 / 12 / 2015
Azərbaycanlı alimin kitabı Almaniyada işıq üzü görüb

AMEA Fəlsəfə və Hüquq İnstitunun elmi işlər üzrə direktor müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidovun kitabları Almaniyada işıq üzü görüb.

1news.az-ın məlumatına görə, “Revnost, kak motiv umışlennoqo ubiystiva” və “Sovremennıe problemı borıbı s narkobiznesom” adlı kitablar “Palmarium” nəşriyyatı tərəfindən alman və rus dillərində nəşr olunub.

Hüquq elmləri doktoru, professor İ.M.Rəhimovun elmi redaktoru olduğu monoqrafiyada narkobiznesin hüquqi, sosial, siyasi və psixoloji faktorlarından bəhs olunur.

Eyni zamanda bu cinayətin yayılma miqyası, özünəməxsusluğu və digər cinayətlərlə inteqrasiyasından bəhs edilir.

Kitabda narkotik cinayətinin yalnız hüquqi nöqteyi-nəzərdən deyil, eyni zamanda bu cinayətin sosial-itqisadi, sosial-siyasi və ideoloji tərəfləri də geniş araşdırılaraq mübarizənin yolları göstərilib.

1news.az

Paylaş:
824

Son xəbərlər

Bütün xəbərlər