Xalça Muzeyinin direktoru Röya Tağıyeva təqaüdə göndəriləcək | 1news.az | Xəbərlər
Mədəniyyət

Xalça Muzeyinin direktoru Röya Tağıyeva təqaüdə göndəriləcək

13:02 - 25 / 12 / 2015
Xalça Muzeyinin direktoru Röya Tağıyeva təqaüdə göndəriləcək

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva təqaüdə göndərilir.

1news.az xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında bəyan edib.

O, 71 yaşlı R.Tağıyevanın işinə 1 yanvar 2016-cı il tarixində son veriləcəyini bildirib.

R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edən nazir onun vəzifəsini müvəqqəti olaraq muzeyin baş mühafizi Mira Məmmədxanovanın icra edəcəyini bildirib.

Xatırladaq ki, bu ayın əvvəlində nazirlik R.Tağıyevaya şiddətli töhmət elan etmiş, muzeyin direktoru isə işdən azad edilmişdi.

Paylaş:
3705

Son xəbərlər

Bütün xəbərlər