İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluq süni qiymət artımına qarşı Tədbirlər Planı hazırlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluq süni qiymət artımına qarşı Tədbirlər Planı hazırlayır

14:16 - 25 / 12 / 2015
İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluq süni qiymət artımına qarşı Tədbirlər Planı hazırlayır

Mərkəzi Bank tərəfindən manatın üzən məzənnə rejiminə keçirilməsi barədə qərarın qəbulundan sonra bir sıra dövlət orqanları süni qiymət artımına qarşı tədbirlər həyata keçirməyi nəzərdə tutur.

1news.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə bəyanatında qeyd edilib ki, manatın məzənnəsində baş vermiş dəyişiklikdən sonra süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə cəhdlərinin qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı hazırlanır.

Süni qiymət artımı və mal-qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.

1news.az

 

Paylaş:
739

Son xəbərlər

Bütün xəbərlər