“Azərbaycanın səsi” yarışmasının qalibi intihar edib-FOTO-VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycanın səsi” yarışmasının qalibi intihar edib-FOTO-VİDEO

1news Redaksiyası16:19 - 25 / 12 / 2015
“Azərbaycanın səsi” yarışmasının qalibi intihar edib-FOTO-VİDEO

Bakıxanov qəsəbəsində intihar hadisəsi qeydə alınıb.

Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Elvin Ramazan oğlu Quliyev yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, E. Quliyev müğənnilik fəaliyyəti ilə məşğul olub. O, Elvin Ordubadlı kimi tanınır. 2014-cü ildə ölkəmizi Tatarıstanda keçirilən “Türkvizyon”da təmsil edərək “Devlerin yalnızlığı” mahnısı ilə yeddinci olub.

​

Paylaş:
2069

Son xəbərlər

Bütün xəbərlər