Prezident İlham Əliyev Xəzər rayonunda bir neçə yarımstansiyanın açılışında iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Xəzər rayonunda bir neçə yarımstansiyanın açılışında iştirak edib - FOTO

17:45 - 25 / 12 / 2015
Prezident İlham Əliyev Xəzər rayonunda bir neçə yarımstansiyanın açılışında iştirak edib - FOTO

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunda 110 kilovoltluq “Buzovna-2”, 35 kilovoltluq “Sarıqaya”, “Fatmayı”, “Məhəmmədi”, eləcə də 221, 219, 86 və 87 saylı yarımstansiyaların açılışlarında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, 110/35/10 kilovoltluq “Buzovna-2” yarımstansiyası 110/10 kilovoltluq “Buzovna dartı” yarımstansiyasının yerində inşa olunub. Beynəlxalq tələblərə cavab verən yeni energetika qurğusunun inşaat işləri zamanı milli memarlıqla beynəlxalq təcrübənin elementləri yüksək peşəkarlıqla uzlaşdırılıb.

Ərazidə əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb, yüksək keyfiyyətli asfalt salınıb. Ən müasir standartlar səviyyəsində icra olunan bu cür layihələr ölkəmizdə yenidənqurma tədbirlərinin ardıcıl olaraq keyfiyyətlə həyata keçirildiyini bir daha göstərir.

Yarımstansiyanın girişində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin elektroenergetika sisteminin, o cümlədən ötürücü və paylayıcı şəbəkənin hərtərəfli inkişafı üçün həyata keçirdikləri silsilə layihələri əks etdirən fotoguşələr yaradılıb. “Buzovna-2” yarımstansiyası Buzovna, Zuğulba, Albalılıq qəsəbələrini, bir sıra dövlət əhəmiyyətli qurumları, həmçinin istirahət, turizm, tibb və digər obyektləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edir. Yarımstansiyada hər birinin gücü 40 meqavoltamper olan transformatorlar quraşdırılıb.

Bu energetika qurğusu ən müasir elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatlaşdırılmış sistem, ölkəmizdə istehsal olunan güc transformatorları və reaktorlarla təchiz edilib. Yarımstansiyada işçilər üçün hər cür şəraiti olan otaqlar tikilib. Paylayıcı qurğular son elmi-texniki yeniliklər əsasında qurulub. İdarəetmə mərkəzində də ən müasir avadanlıqlar quraşdırılıb. Qeyd edək ki, yeni yarımstansiya ən son elmi-texniki yeniliklərə əsaslanan “eleqaz”, “vacuum” tipli və digər avadanlıqlarla təchiz edilməklə yanaşı, məsafədən idarə olunan SCADA dispetçer sisteminə də qoşulub.

Dövlətimizin başçısına animasiya, sxemlər, dron çəkilişlər, qrafiklər və digər əyani vasitələr əsasında paytaxtda və regionlarda görülən işlər barədə də məlumat verildi. Qeyd edildi ki, ötən qısa müddətdə 7 regional idarəetmə strukturu formalaşdırılıb və ölkəmizin bölgələrində böyük həcmdə yenidənqurma tədbirləri həyata keçirilib.

Yeni “Buzovna-2” yarımstansiyası Xəzər rayonunun böyük bir hissəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması, ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi, 110 və 35 kilovoltluq elektrik şəbəkələrinin əlaqələndirilməsi işlərində mühüm rol oynayacaq. Bu yarımstansiyanın inşası Abşeron yarımadasındakı 110 kilovoltluq paylayıcı şəbəkələrin şimal bölgəsi ilə əlaqələndirilməsi planının ilk mərhələsini təşkil edir. Belə ki, yeni yarımstansiyanın hesabına “Şimal”, “Təmiz şəhər”, “Sumqayıt” elektrik stansiyalarının, həmçinin 220 kilovoltluq “Zabrat” və “Sənaye qovşağı” yarımstansiyalarının əlaqələndirilməsi ilə 110 kilovoltluq elektrik təchizatı sxeminin etibarlılığı artır.

“Buzovna-2” yarımstansiyası mövcud 35 kilovoltluq şəbəkə üçün mənbə olduğundan 35 kilovoltluq dairəvi sxemə aid yarımstansiyaları əlaqələndirəcək. Bu da öz növbəsində mövcud 35 kilovoltluq yarımstansiyalar arasında dairəvi elektrik təchizatı sxeminin, həmçinin elektrik şəbəkələrinin dayanıqlı iş rejiminin formalaşdırılmasına şərait yaradacaq. Şimal bölgəsi ilə əlaqələndirmə planının ilkin mərhələsi çərçivəsində perspektivdə nəzərdə tutulan işlərin yekunlaşması üçün 110/35/10 kilovoltluq “Buzovna-1” və “Buzovna-2” yarımstansiyaları arasında ikidövrəli kabel xətləri çəkiləcək. Ümumilikdə, “Buzovna-2” yarımstansiyası paytaxtın və ölkənin elektrik şəbəkəsinə mühüm töhfədir.

Sonra Prezident İlham Əliyevə açılışı olan 35 kilovoltluq yarımstansiyalar barədə məlumat verildi.

Dövlətimizin başçısı “Buzovna-2” yarımstansiyasını işə saldı.

Ötən illərin reallıqları göstərdi ki, bütün bu cür silsilə və kompleks xarakter daşıyan layihələrin reallaşdırılmasında Azərbaycan dövləti hərtərəfli dəstəyini əsirgəməyib. Prezident İlham Əliyevin təbirincə desək, “Strateji obyekt dövlətin əlində olanda burada nəzarət də, investisiya da və inkişaf da olacaq”. Ötən dövrün təcrübəsi bu danılmaz həqiqəti birmənalı şəkildə təsdiqlədi. Bu baxımdan paytaxtın, eləcə də ölkəmizin bütün regionlarının etibarlı, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı məqsədilə nəzərdə tutulan layihələrin də tezliklə uğurla həyata keçiriləcəyini tam əminliklə söyləmək olar.

President.az

Paylaş:
1050

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər