Xəstəxanaya gedən qadını soydular

Bakıda xəstəxanada oğurluq edən şəxs saxlanılıb.
1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, Xəzər polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.
Belə ki, dekabrın 24-də Şimal DRES qəsəbəsindəki xəstəxanada İradə Süleymanovanın çantasından 258 manat və bankomat kartları oğurlamış Bakı şəhər sakini Anar Həsənov saxlanılıb.
1news.az
750