Daha bir vəzifəli şəxs korrupsiya faktına görə tutulub
Azərbaycanda daha bir vəzifəli şəxs korrupsiya faktına görə tutulub.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Füzuli rayon şöbəsində əməliyyat keçirib.
Əməliyyat zamanı şöbənin rəis müavini Yasər İbrahimov saxlanılıb. SHXÇDX-nın Füzuli rayon şöbəsindən Y. İbrahimovun tutulması faktını təsdiqləyiblər.
Hazırda əməliyyat tədbirləri davam etdirilir.
1news.az
896