DSMF: Əmək pensiyalarının maliyyələşdirilməsi qrafikdən əvvəl tam başa çatdırılıb
Dövlət Sosial Müdafiə Fondu 2015-ci il üzrə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb.
1news.az-ın məlumatına görə, bunu Fondun sədri Elman Mehdiyev jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Elman Mehdiyev eyni zamanda, Fondun maliyyə qöstəricilərini şərh edərək deyib ki, 2015-ci ilin yekununa görə Fondun aylıq pensiya ödənişi üzrə heç bir borcu yoxdur və hazırda daxil olan sosial sığorta haqları növbəti il üçün əlavə maliyyə ehtiyatının yaradılmasına yönəldilir.
1news.az
658