“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejiminə kecəcək
SOCAR-in “Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə 31 dekabr 2015-ci il tarixindən başlayaraq 05 yanvar 2016-cı il tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
1news.az mətbuat xidmətinə istinadən xəbər verir ki, Sutkada 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “qaynar xətt”lərin fəaliyyəti gücləndiriləcək, eləcə də Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində, həmçinin xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.
“Azəriqaz” İB istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.