“Günəşli” yatağındakı qəzada İtkin düşmüş neftçinin meyiti Bakıya gətirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Günəşli” yatağındakı qəzada İtkin düşmüş neftçinin meyiti Bakıya gətirilib

01:48 - 28 / 12 / 2015
“Günəşli” yatağındakı qəzada İtkin düşmüş neftçinin meyiti Bakıya gətirilib

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşənlərdən neftçilərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

1news.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra cəsədin gətirilməsi üçün Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçi Qasımov İman Şura oğlunun cəsədi respublikaya gətirilib və aidiyyatı üzrə təhvil verilib.

Xatıladaq ki, rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 33 nəfər təxliyyə olunub, 8 nəfərin meyiti çıxarılıb, 22 nəfərin taleyi isə naməlumdur.

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər