Bakının küçələrindən biri əsaslı təmir olunur - FOTO
Yasamal rayonunun Əhməd Cəmil küçəsinin Əbdürəhim bəy Haqverdiyev və general Akim Abbasov küçələri arasında yerləşən hissəsi əsaslı təmir olunur.
Bu haqda 1news.az-a “Azəryolservis” ASC-dən verilən məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, bu hissənin ümumi uzunluğu 613 metr, eni isə 12 metrdir.
Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq, ərazidən daşınıb. Daha sonra deformasiyaya uğramış köhnə yol yatağı da qazılaraq çıxarılıb və bunun əvəzinə 50-60 santimetr qalınlığında yeni yol əsası tikilib.
Eyni zamanda səkilər də təmir olunur.
1news.az
799