Bakı sakinini döyərək pulunu və mobil telefonunu alan şəxslərdən biri tutulub
Bakı sakininə qarşı quldurluq edən şəxslərdən biri tutulub.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, dekabrın 27-də Sabunçu qəsəbəsində şəxsiyyəti məlum olmayan iki nəfər Bakı şəhər sakini Emil Nuriyevi döyüb, kəsici alətlə hədələyib 1112 manatını və mobil telefonunu alıb.
Sabunçu polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən paytaxt sakini Ayxan Quluyev tutulub, digər şəxs isə müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1news.az
614